Qarabağ Azərbaycandır!

İpoteka və Kredit Zəmanət Fondu daha bir sığortaçı seçir

19.02.2021 Sığorta
İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlaklarının sığortalanması ilə bağlı təkliflər sorğusu elan edib.

"Kommersant.az" xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 25-i, saat 17:00-a qədər Fondun yeləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, Fond bundan əvvəl inzibati binasının və avadanlıqlarının sığortalanması, eləcə də işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanması üzrə 2 kotirovka sorğusu elan etmişdi.