Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

20.03.2023
Digər
6
1
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.
Kommersant.az paylaşımı təqdim edir:
"Əziz bacılar və qardaşlar!
Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!
Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".
Bu gönderiyi Instagram'da gör
Digər xəbərlər
20.05.2025 Digərİspaniyada ikinci xaos dalğası - Rabitə xətti kəsilib: İnternet, telefon yoxdur
0 0Ən çox oxunan xəbərlər