USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zuğulba çimərliyi yenidən hasarlanır - VİDEO

29.05.2023 Digər
8 26
Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində, Zuğulba adlanan ərazidə çimərlik hasarlanır.

Kommersant.az xəbər verir ki, bu barədə Baku.ws-ə qəsəbə sakini məlumat verib.

İddiaya görə, çimərliyin hasarlanmasına mayın 25-i, gecə saat 00-dan etibarən başlanılıb.

Qeyd edək ki, ötən il ölkə prezidenti sözügedən ərazilərdə dəniz sahili boyunca qanunsuz tikililərin sökülməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdi. Nəticədə qanunsuz obyektlər və hasarlanmalar sökülmüşdü.