USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni məktəbli formaları - Bu qərar 3 il qüvvədə olacaq

30.05.2023 Digər
53 17
“Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı verdiyi qərar mütərəqqi xarakter daşısa da, təəsssüflər olsun ki, yarımçıqlığı ilə fərqlənir. Onun icra mexanizmində də ciddi xətalara rast gəlinir”.

Kommersant.az xəbəbr verir ki, bunu təhsil eksperti Elmin Nuri yeni tədris ilində məktəbli formalardan danışarkən deyib. O, uzun illərdi məktəbli forması ilə bağlı problemlərin daha da böyüdüyünü bildirib:

“Problem bitmir və bunun da əziyyətini valideynlər çəkir. Düşünürəm ki, bu məsələdə yalnışlıq hər iki cinsin nümayəndələrinin məktəbli formaları ilə bağlı verilən qərarda 4 eskizin təqdim olunması idi. Formaların rəng seçimi isə məktəblərə həvalə olundu. Xosun yaranmasına da məhz bu səbəb oldu”.

Elmin Nuri ölkədə 4532 orta məktəbin olduğunu qeyd edib:

“Məktəbdaxili pedaqoji şura məktəb üçün formları seçməli və BTE-nə bununla bağlı uyğun say çərçivəsində sifarişlər göndərilməlidir. Bu problem ötən il olduğu kimi bu il də davam edəcək. Nazirlər Kabinetinin qərarına əsasən, 2022-23-cü tədris ilindən etibarən məktəbli formaları məcburi xarakter daşıyırdı, amma validenylərin və şagirdlərin nə qədər əziyyət çəkdiyinin hər kəs şahidi oldu”.

Ekspert məktəbli formaları ilə bağlı qiymətlərin qənaətbəxş olduğunu vurğulayıb:

“Qiymətlər 15-25 manat arasında dəyişir. Qısaqol və uzunqol köynəklərin qiyməti 15, şalvar və ətəklər isə 25 manatdır. Təbii ki, bunlar Azərbaycan reallığlı üçün normal qiymətlərdir. Lakin məktəb tərəfindən məcburi şəkildə formaların dəyişdirilərək yenisi ilə əvəzlənməsi tapşırığı verilir. Axı, valideyn ötən il min bir zülümlə bu formaları alıb. Bunun maddi tərəfini bir kənara qoysaq, vaxt və stress tərəfi valideynlər üçün ikiqat əzaba çevrilir. Etiraf edək ki, qiymət qənaətbəxş olsa belə, bəzi ailələr üçün bu qiymətlər olduqca böyük məbləğ təşkil edir. Yəni, məsələnin məktəblərin pedaqoji şuralarının ixtiyarına buraxılmasının özü ən böyük xaosa səbəb oldu”.

Elmin Nurinin sözlərinə görə, məktəbli formaları haqqında qərarda bir formanın maksimum 3 il müddətinə istifadə oluna biləcəyi göstərilib. Ekspert təəssüf hissi ilə indiki uşaqların, yeniyetmələrin fizioloji quruluşunda orqanizmin zəifliyindən irəli gələn cırlaşmanın getdiyini vurğulayıb:

“Yəni, şagird bir formanı 5-ci sinifdən 11-ci sinfə qədər, yaxud da onun qardaş-bacısı həmin paltarı geyinə bilər. Qərara əsasən isə bir formanın istifadə müddəti 3 li aşmamalıdır. Bu, absurd, birbaşa marketinq prinsiplərinə əsaslanmış qərardır. Amma fikirimcə məktəbli formaları ilə bağlı artıq yekdil qərar verilməlidir. Ya digər ölkələrdə olduğu kimi qız və oğlan şagirdlər üçün respublika daxili vahid forma təyin olunmalıdır, ya da yenə əvvəlki kimi formadan imtina olunmalıdır. Amma 4 forma növü müəyyənləşdirib bunu məktəblərin ixtiyarına buraxmaq, elə formasızlıq kimi bir vəziyyətdir. Bunun olmasındansa olmaması daha yaxşıdır”.

Ekspert hesab edir ki, məktəbli formaları ilə bağlı məsələ məktəbin deyil, vahid mərkəzi qurumların nəzarətinə verilməlidir:

“Məsələn, bu problem paytaxt üzrə Bakı Təhsil İdarəsinin, bölgələr üzrə isə müvafiq regional təhsil idarəsinin nəzarətinə verilməlidir. Eskizlər isə məktəblərə deyil, mərkəzi qurum tərəfindən müəyyən edilib təsdiqlənməlidir. Şagirdlər isə vaxt limiti olmadan həmin formalardan istifadə etməlidirlər”.

  • Əvvəlki

    Deputat: “Bu vergi güzəştləri yolverilməzdir, pula ehtiyacımız var”

Digər xəbərlər