USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ süni intellektə qarşı sərt qaydalar tətbiq edəcək

14.06.2023 Digər
15 8
Avropa Parlamenti (AP) ChatGPT kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunun məzmununu müəyyən edib.

Kommersant.az xəbər verir ki, Avropa Parlamenti (AP) ChatGPT kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunun məzmununu müəyyən edib.

AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Avropada süni intellektlə bağlı ilk qaydaları ehtiva edən qanun layihəsi müzakirə edilib.

AP deputatları süni intellekt qanunu ilə bağlı üzv dövlətlərlə aparılan danışıqlarda AP-nin mövqeyini müəyyən edən sənədi 499 “Hə” və 28 “Xeyr” səsi ilə qəbul edib.

Müvafiq olaraq, süni intellekt sistemlərinin insanlar tərəfindən idarə edilməsi, ayrı-seçkilik etməməsi, təhlükəsiz, şəffaf və ətraf mühitə uyğun olması lazımdır.