USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir məşhur DYP rəisini işdən - ÇIXARDI

01.08.2023 Digər
18 5
Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.

Sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılmışdı.

O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilmişdi.

  • Əvvəlki

    İzmirdə iki şirkətdə etiraz tətilləri başlayıb

Digər xəbərlər

22.04.2024 Digər
Sabah 28 dərəcə isti olacaq
0 0
18.04.2024 Digər
F-16 süni intellektlə uçdu
0 0
18.04.2024 Digər
Dubayda daşqınlar
0 0