USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hindistanda turistlərə silahlı hücum: 26 nəfər ölüb

23.04.2025 Digər
0 0
Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

“The Indian Express” qəzetinin məlumatına görə, müsəlmanların çoxluq təşkil etdiyi Pahalqam rayonunda iki və ya üç silahlı şəxs bölgəyə gələn turistlərə atəş açıb.

Polis rəsmiləri, ilkin məlumatlara görə, hücumda ən azı 26 nəfərin öldüyünü və çoxlu sayda insanın yaralandığını açıqlayıb.

Polis rəsmiləri yaralıların dərhal xəstəxanaya aparıldığını və ən azı iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hindistanın baş naziri Narendra Modi X hesabında etdiyi paylaşımda, "Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktını şiddətlə qınayıram. Yaxınlarını itirənlərə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması üçün dua edirəm" ifadəsini işlədib.