USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev Eldar Nuriyevi vəzifəsindən azad etdi

29.11.2019 Siyasət
0 0
Prezident İlham Əliyev Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.