USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib - AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ

02.08.2022 Siyasət
0 0
Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib.

Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.