DTX Naxçıvan MR Dövlət Gömrük Komitəsində geniş miqyaslı əməliyyat keçirib.
"Kommersant.az" xəbər verir ki, Naxçıvandakı etibarlı mənbələrdən Ovqat.com-a verilən məlumata görə, əməliyyat həm MR DGK-nin mərkəzi ofisində, həm də Şahtaxtı və Sədərək gömrük postunda aparılıb.
Xeyli sayda həbs olunan var. Onların dindirilmək üçün Bakıya aparıldığı bildirilir.