USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan Qətər əmiri ilə görüşüb

12.02.2023 Siyasət
13 7
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tanini qəbul edib.

Kommersant.az-ın məlumatına görə, görüş İstanbuldakı "Vahdettin" sarayında mətbuata qapalı şəkildə keçirilib.

Qətər əmiri episentri Kahramanmaraşda olan dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə səfər edən ilk ölkə lideri oldu.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.