USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Parlamenti rəqəmsal avronu dəstəkləyir

11.02.2026 Siyasət
0 0
Avropa Parlamentinin (AP) üzvləri rəqəmsal avronun ödəniş sistemi kimi tətbiqinə dəstəklərini bildiriblər.

Avropa Mərkəzi Bankının (AMB) illik fəaliyyət hesabatı Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında müzakirə edilib. Avropa Parlamentinin üzvlərinin səs çoxluğu ilə qəbul edilən hesabatda 420 "hə" səsi ilə rəqəmsal avro təşəbbüsünü dəstəkləyən düzəliş yer alıb.

Bu düzəlişdə rəqəmsal avronun Avropa İttifaqının (AB) pul suverenliyini gücləndirmək, ödənişlərdə parçalanmanı azaltmaq və vahid bazarın bütövlüyünü və dayanıqlığını artırmaq üçün zəruri olduğu bildirilib.