Fransanın paytaxtında hökumətin pensiya islahatına qarşı beşinci ümummilli nümayiş başlayıb, aksiyada on minlərlə insan iştirak edir.
Nadir hallarda birləşmiş cəbhə nümayiş etdirən və daha çox fərdi etirazlar təşkil etməyə meylli olan ölkənin aparıcı həmkarlar ittifaqı CFDT, CGT, FO, CFE-CGC, CFTC, Unsa, Solidaires və FSU beşinci dəfədir ki, nümayişə birlikdə qatılır.
Belə ki, Fransada pensiya islahatına qarşı etirazlar yüksəlib. Nümayişçilərin əsas hissəsi həmkarlar ittifaqı simvolu olan mikroavtobusların ardınca gedir, fəallar meqafonlar vasitəsilə müxtəlif şüarlar səsləndirirlər. Paris vaxtı ilə saat 14:00-da Bastiliya meydanında başlayan etiraz aksiyası iştirakçıları İtaliya Meydanına yürüş edəcəklər. İnsanların plakatlarında “Makron, pensiyalarımızdan əl çək!”, “64 yaşda pensiyaya yox!” şüarlarını oxuya bilərsiniz.