Makron Xarici İşlər Nazirliyinin büdcəsini 20 faiz artırmaqla Fransa diplomatiyasını “yenidən silahlandırmaq” niyyətindədir
Fransa prezidenti Emmanuel Makron Ukrayna hadisələri fonunda Fransa diplomatiyasını “yenidən təchiz etmək” niyyətini açıqlayıb və bunun üçün Fransa Xarici İşlər Nazirliyi 2024-2027-ci illərdə əlavə 7,9 milyard avro alacaq:
"Mən diplomatiyamızı ambisiyalarımıza uyğun olaraq tamamilə yenidən təchiz etmək istəyirəm. Yaxın 4 ildə Xarici İşlər Nazirliyinin əməkdaşları 700 nəfər artırılacaq, mən də onun büdcəsini 20% artıraraq 7,9 milyard avroya çatdırmaq qərarına gəldim”.