USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət başçısından daha bir - FƏRMAN

27.04.2023 Siyasət
14 0
Azərbaycan, Türkiyə və Türkmənistan arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyası yaradılacaq.

Kommersant.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidit.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.