USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Ermənistan sərhədində bir ilk

23.04.2024 Siyasət
0 0
Bildirilib ki, Azərbaycan və Ermənistan sərhədində ilk dəfə olaraq sərhəd daşı qoyulub.

Azərbaycan və Ermənistan sərhədində ilk dəfə olaraq sərhəd daşı qoyulub.

Azərbaycan-Ermənistan Sərhədlərin Müəyyən edilməsi Komissiyasının həmsədri, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkənin ekspert qrupları sərhəddə aparılan geodeziya ölçmələrinə əsasən koordinatların müəyyən edilməsi üzərində işləyirlər.

Açıqlamada qeyd olunub ki, görülən işlər nəticəsində iki ölkə sərhədində ilk dəfə olaraq sərhəd daşı qoyulub.

Aprelin 19-da iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə sərhədin müəyyən edilməsi komissiyalarının 8-ci iclası keçirilib və iclasda bəzi məsələlər üzrə razılıq əldə olunub.

1-ci Qarabağ müharibəsindən sonra Ermənistan Bağanıs Ayrım, Aşağı Əskipara, Heyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasına razılıq verdi və bu kəndlərlə onların üzbəüz erməni kəndləri arasında sərhəd xəttinin müəyyən edilməsi barədə razılıq əldə edilib.