USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrədə Fələstin qərarı

29.04.2024 Siyasət
0 0
İsveçrənin Bern Universitetinin Yaxın Şərq və Müsəlman Cəmiyyətləri Araşdırma İnstitutunun (ISNO) akademikinin Fələstini dəstəkləyən sosial media yazısında başlatdığı araşdırmadan sonra ISNO-nun bağlanması qərara alınıb.

İsveçrənin Bern Universiteti Fələstini dəstəkləyən sosial media paylaşımına görə Yaxın Şərq və Müsəlman Cəmiyyətləri Araşdırma İnstitutunu bağlayıb.

Bern Universitetinin İdarə Heyətinin verdiyi yazılı açıqlamada, inzibati araşdırma çərçivəsində hazırlanan hesabatın nəticələrinə əsasən, İSNO-nun mövcud formada bağlanmasına qərar verildiyi və işin aparıldığı açıqlanıb.

Bildirilib ki, Humanitar Elmlər fakültəsi iyunun sonuna kimi akademik sahənin məzmun və metodologiya baxımından yenidən qiymətləndirilməsini özündə əks etdirən hesabat təqdim edəcək.

Şərhdə fikirlərinə yer verilən Bern Universiteti Rektoru Prof. Dr. Kristian Leumann hər cür zorakılıq və ayrı-seçkiliyi pislədiklərini qeyd edərkən, “Bu, dini ayrı-seçkilik, xüsusilə də antisemitizmlə bağlı cari müzakirələrə aiddir” dedi.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı intiqam alması ilə bağlı müsbət fikirlər söylədikdən sonra ISNO-nun akademiki vəzifəsindən uzaqlaşdırılıb.

Bunun ardınca İSNO-ya qarşı istintaq başladılıb.

Bildirilir ki, İSNO-da işindən uzaqlaşdırılan akademikin sosial şəbəkələrdə paylaşdığı iddia edilən paylaşımlar sonradan silinib.