USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsraildən səfirliklərə "hazır olun" təlimatı

29.04.2024 Siyasət
0 0
İsrail dünyadakı səfirliklərindən Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəsmilərinin həbsinə order verəcəyi təqdirdə mümkün fəsadlara hazır olmalarını istəyib.

İsrail Xarici İşlər Nazirliyi öz səfirliklərinə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən verilə biləcək həbs orderlərinə qarşı "hazırlıqlı olmaq" barədə göstəriş verib.

Nazirlikdən verilən yazılı açıqlamada, “Xarici İşlər Naziri Yisrael Katz bütün İsrail missiyalarına antisemitizm və anti-İsrail hadisələrinin ciddi dalğasına qarşı dərhal hazırlaşmağı tapşırıb” ifadə edilib.

Açıqlamada Katzın həmçinin xaricdəki yəhudi təşkilatlarının ola biləcək hərəkətlərə hazırlığa daxil edilməsi və yəhudi qurumları ətrafında təhlükəsizliyin səlahiyyətlilərlə koordinasiyalı şəkildə gücləndirilməsi göstərişi verdiyi və BCM-dən İsrail rəsmilərinə qarşı həbs qərarı verməməsini gözlədikləri ifadə edilib.

Aprelin 19-da İsraildə yayımlanan Kanal 12 televiziyasının xəbərində BCM-nin Qəzza zolağında müharibə cinayətləri törətdikləri səbəbilə baş nazir Benyamin Netanyahu və yüksək səviyyəli İsrail rəsmiləri üçün beynəlxalq həbs qərarı çıxarmaq üzərində çalışdığı açıqlanıb.

Cənubi Afrikanın müraciəti ilə İsrail Qəzzadakı hərəkətlərinə görə "soyqırım" ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olundu.

Bildirilib ki, BCM beynəlxalq həbs qərarı verərsə, İsrail bir sıra “təcili tədbirləri, o cümlədən “ICC-nin qərarına qarşı beynəlxalq səviyyədə siyasi kampaniyaya başlamaq”ı təsdiqləyib.

İsrail mətbuatı həmçinin baş nazir Netanyahunun BCM tərəfindən onun barəsində həbs orderinin verilməsi ehtimalından "qeyri-təbii əsəbi" olduğunu bildirib.