Azərbaycan Mərkəzi Bankına (AMB) yeni təyinatlar olub.
Kommersant.az-a bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, Həsənov Ataxan Aftandil oğlu maliyyə sabitliyi departamentinin direktoru təyin edilib.
Bununla yanaşı,Əlili Rəxşəndə Mübariz qızı AMB-nin maliyyə bazarlarında əməliyyatlar departamentinin, Abbasov Əfqan Hikmət oğlu ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru təyin edilib.