USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Merlər Razılaşmasına qoşulmuş Azərbaycan bələdiyyələrinin sayı açıqlandı

10.02.2026 Siyasət
0 0
Azərbaycanda 10 bələdiyyə Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsünə qoşulub.

Kommersant.az xəbər verir ki, bu barədə bu gün Azərbaycanın Energetika Nazirliyinin enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov Energetika nazirliyi və Avropa İttifaqı tərəfindən birgə Bakıda təşkil olunmuş, Merlər Razılaşması təşəbbüsünə həsr olunmuş tədbirdə çıxışında bildirib.

O vurğulayıb ki, Azərbaycanda enerji səmərəliliyi sahəsində həyata keçirilən işlər çoxşaxəli səciyyə daşıyır.

“Bu gün biz xüsusilə yerli özünüidarəetmə orqanlarının rolunu qeyd etmək istəyirik. Bu kontekstdə Merlər Razılaşması təşəbbüsü bələdiyyələr üçün mühüm platformadır. Sözügedən təşəbbüs yerli səviyyədə enerji səmərəliliyi tədbirlərinin sistemli planlaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, istixana qazları emissiyalarının azaldılması və iqlim dəyişikliklərinə davamlılığın artırılması üçün real mexanizmlər təqdim edir”, – deyə C. Mikayılov bildirib.

Xatırladaq ki, Covenant of Mayors for Climate and Energy (İqlim və Enerji üzrə Merlər Razılaşması) təşəbbüsü 2008-ci ildə Avropa İttifaqı tərəfindən işə salınıb və 2015-ci ildən etibarən qlobal miqyas alıb.

Merlər Razılaşmasının əsas məqsədlərinə aşağıdakılar daxildir:

  • enerji səmərəliliyi tədbirlərinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi hesabına istixana qazları emissiyalarının azaldılması;
  • iqlim dəyişikliklərinin təsirlərinə dayanıqlığın artırılması;
  • bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın gücləndirilməsi;
  • hər kəs üçün enerjiyə təhlükəsiz, dayanıqlı və etibarlı çıxışının təmin edilməsi.