ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumları ilə başlayan münaqişədə İsrail və İran arasında atəşkəs razılaşmasına vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Corciyadan Respublikaçı Buddi Karter Nobel Sülh Mükafatı Komitəsinə məktub yazıb.
Məktubda Karter iddia edib ki, Tramp "İsrail və İran arasında silahlı münaqişənin sona çatmasında və dünyanın ən böyük terror sponsoru olan dövlətin planetin ən ölümcül silahını əldə etməsinin qarşısını almaqda" fövqəladə və tarixi rola malikdir.
Çoxlarının qeyri-mümkün olduğuna inandığı sürətli bir razılaşmanın əldə edilməsində Trampın rolu olduğunu müdafiə edən Karter, “Tarixi düşmənçilik və siyasi dəyişkənliyin olduğu bir bölgədə belə bir irəliləyiş həm cəsarət, həm də aydınlıq tələb edir” yazdı.
"Prezident Tramp dünyaya nadir bir ümid işığı təklif etdi. Bu səbəblərə görə mən hörmətlə ABŞ-ın 47-ci prezidenti Donald J. Trampı Nobel Sülh Mükafatına namizədliyimi irəli sürürəm", - deyə Buddi Karter bildirib.
Bu ilin əvvəlində Kaliforniya Respublikaçı Nümayəndəsi Darrell İssa Trampı Nobel Sülh Mükafatına namizəd göstərərək, onun 2024-cü il seçkilərində qələbəsinin dünya sülhünə “heyrətləndirici təsir” göstərəcəyini iddia etdi.