Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Agentliyinin rəhbəri Dmitri Şuqayev S-400 hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükü üçün Hindistanla danışıqlar apardıqlarını açıqlayıb.
Şuqayevin açıqlamalarını Rusiyanın TASS xəbər agentliyi yayıb.
Hindistanın S-400 sistemlərinə sahib ölkələr arasında olduğunu qeyd edən Şuqayev, "Bu sahədə əməkdaşlığımızı genişləndirmək imkanı var. Bu həm də yeni göndəriş deməkdir. Hazırda danışıqlar mərhələsindəyik" dedi.
Hindistan Müdafiə Nazirliyinin iyunun 27-də yaydığı açıqlamada Rusiya rəsmiləri ilə S-400 və Su-30 qırıcılarının çatdırılmasının müzakirə edildiyi bildirilib.
Rusiya Hindistanla aparılan geniş danışıqlardan sonra əldə olunan razılaşmaya əsasən, S-400-lərin ilk partiyasını 2021-ci ildə təhvil verməyə başlayıb.