USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB” 2023-cü ilə mənfilərlə start verdi - HESABAT

26.04.2023 Problemli Banklar
29 3
“Bank VTB” (Azərbaycan Filialı) 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, sözügedən bankın xalis mənfəəti 2 milyon 583 min manat və ya 47 faiz artaraq 2 milyon 914 min manata düşüb.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank VTB”nin kredit portfelinin artması bankın cəmi aktivlərini yüksəldib. Belə ki, bankın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 9 milyon 585 min manat artaraq 248 milyon 78 min manata çatıb. Bu artımda kredit portfelinin payı 85 faiz təşkil edib. Bankın kredit portfeli 8 milyon 137 min manat və ya 5 faiz artaraq 167 milyon 912 min manata çatıb. Bu artımda 1 milyon 385 min manat istehlak kreditlərinin, 4 milyon 364 min manat biznes kreditlərinin və 2 milyon 388 min manatı isə ipoteka kreditlərinin payına düşüb.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 194 min manat azaldaraq 21 milyon 867 min manata endirib. Buna görə də “Bank VTB”nin xalis kreditləri 8 milyon 332 min manat artaraq 146 milyon 45 min manat olub.

ƏHALİ BANKDAKI PULLARINI ÇƏKİB

“Bank VTB” fiziki şəxslərdən topladığı əmanətləri əlində tuta bilməyib. Belə ki, bankın əhalidən topladığı əmanətlər 746 min manat azalaraq 63 milyon 47 min manata düşüb. Buna baxmayaraq hüquqi şəxslərin bankdakı əmanəti 10 milyon 805 min manat artaraq 41 milyon 863 min manata çatıb. Nəticədə bankın öhdəlikləri 6 milyon 516 min manat artaraq 164 milyon 791 min manat olub.

YIĞILMIŞ ZƏRƏRDƏN QURTULA BİLMƏYİB

Səhmdar kapitalını dəyişdirməyən “Bank VTB”nin yığılmış zərəri ötən ilin sonu ilə müqayisədə 2 milyon 914 min manat azalaraq 233 milyon 919 min manata enib. Ümumi ehtiyatlarını isə 154 min manat artıran bankın cəmi kapitalı 83 milyon 288 min manata bərabərləşib. Bu isə 2022-ci liin son rübü ilə müqayisədə 3 milyon 69 min manat çoxdur.

ƏMƏLİYYAT ZƏRƏRİ ƏLDƏ EDİB

“Bank VTB”nin faiz gəlirləri onun yekunda əməliyyat zərəri əldə etməsinə səbəb olub. Belə ki, bankın faiz gəlirləri 566 min manat artaraq 6 milyon 798 min manata, faiz xərcləri isə 33 min manat azalaraq 1 milyon 733 min manata bərabər olub. Buna görə də bank 4 milyon 721 min manat xalis faiz gəliri əldə edib. Bu isə ötən ilin sonu ilə müqayisədə 389 min manat çoxdur.

Bankın qeyri-faiz gəliri 4 milyon 244 min manat azalaraq 1 milyon 147 min manata, qeyri-faiz xərcləri isə 202 min manat azalaraq 6 milyon 82 min manata düşüb. Nəticədə bankın əməliyyat zərəri 214 min manat təşkil edib. Bu da 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 3 milyon 632 min manat çoxdur.

AKTİVLƏRİNDƏN VƏ KAPİTALINDAN İSTİFADƏ EDƏ BİLMƏYİB

“Bank VTB”nin aktivlərinin gəlirliyində də ciddi azalmalar olub. Belə ki, onun sözügedən gəlirliyi 1.13 faiz azalaraq 1.17 faizə düşüb. Kapitalın gəlirliyi isə 3.35 faiz kiçilərək 3.5 faizə enib.

Qeyd edək ki, bankın məcmu kapitalı 3 milyon 130 min manat artaraq 76 milyon 724 min manata yüksəlib.

Bank VTB

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

248.078

238.493

9.585

Kredit

167.912

159.775

8.137

İstehlak kreditləri

71.818

70.433

1.385

Biznes kreditləri

54.550

50.186

4.364

Daşınmaz əmlak kreditləri

41.544

39.156

2.388

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

21.867

22.061

-194

Xalis Kreditlər

146.045

137.713

8.332

Cəmi Öhdəliklər

164.791

158.275

6.516

Depozit

104.910

94.851

10.059

Fiziki şəxslərin depozitləri

63.047

63.793

-746

Hüquqi şəxslərin depozitləri

41.863

31.058

10.805

Cəmi Kapital

83.288

80.219

3.069

Səhmdar kapitalı

315.815

315.815

0

Yığılmış zərəri

233.919

236.833

-2.914

Ümumi ehtiyatlar

1.391

1.237

154

Faiz Gəliri

6.798

6.232

566

Faiz Xərci

1.773

1.806

-33

Xalis Faiz Gəliri/Zərəri

4.721

4.332

389

Qeyri-Faiz Gəliri

1.147

5.370

-4.244

Qeyri-Faiz Xərci

6.082

6.284

-202

Əməliyyat Mənfəəti (Zərəri)

-214

3.418

-3.632

Xalis Mənfəət (Zərər)

2.914

5.497

-2.583

Məcmu Kapital

76.724

73.594

3.130

ROA

1.17%

2.30%

-1.13%

ROE

3.5%

6.85%

-3.35%

  • Əvvəlki

    “Bank VTB” kapital və aktivlərindən istifadə edə bilməyib

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0