USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rabitəbank” kiçilməkdə davam edir - HESABAT

26.04.2023 Problemli Banklar
18 28
Son dönəmlərdə maliyyə göstəricilərinə görə geriləyən “Rabitəbank” 2023-cü ilə də mənfilərlə start verib. Bankın əksər göstəricilərində azalma müşahidə olunsa da, ən əsas məqam bankın zərər açıqlaması olub.

Kommersant.az “Rabitəbank”ın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 30 milyon 606 min manat və ya 3.2 faiz azalaraq 924 milyon 384 min manata düşüb. Bu azalmanın əsas səbəbi bankın ticarət və investisiya qiymətli kağızlarını 31 milyon 421 min manat və ya 26.64 faiz azaldaraq 86 milyon 498 min manata endirməsidir. Digər bir səbəb isə bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 15 milyon 2 min manat və ya 12.26 faiz azaldaraq 107 milyon 361 min manata salmasıdır.

Bankın kredit portfelinin 22 milyon 50 min manat artması isə aktivlər cəminin azalmamasına mane ola bilməyib. “Rabitəbank” istehlak kreditlərini 9 milyon 950 min manat artıraraq 215 milyon 555 min manata, biznes kreditlərini 6 milyon 798 min manat artıraraq 312 milyon 193 min manata, ipoteka kreditlərini isə 5 milyon 311 min manat artıraraq 15 milyon 179 min manata yüksəldib. Nəticədə bankın kredit portfeli 632 milyon 927 min manata bərabər olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 866 min manat azaldaraq 19 milyon 984 min manata endirən “Rabitəbank”ın buna görə də xalis kreditləri 25 milyon 915 min manat artaraq 612 milyon 942 min manata çatıb.

BİZNESMENLƏR BANKDAKI PULLARINI GERİ ÇƏKİB

Hüquqi şəxslərin bankdakı əmanətləri sürətlə geri çəkirlər. Ötən ilin son rübündə də biznesmenlərin bankda yerləşdiriyi depozitlərin həcmi 179 milyon 874 min manat və ya 23.3 faiz azalmışdı. Cari ilin ilk rübündə də biznesmenlərin bankdakı əmanətlərinin 65 milyon 904 min manatını və ya 22.7 faizini geri çəkib. Buna görə də hüquqi şəxslərin bankdakı depozitləri 224 milyon 68 min manata bərabər olub. Fiziki şəxslər isə bankdakı əmanətlərinin həcmini 8 milyon 357 min manat və ya 2.6 faiz artıraraq 325 milyon 389 min manata yüksəldib. Bununla da bankın öhdəliklər cəmi ötən ilin son rübü ilə müqayisədə 26 milyon 117 min manat və ya 3 faiz azalaraq 817 milyon 277 min manata düşüb.

YIĞILMIŞ ZƏRƏRİ CƏMİ KAPİTALINI ƏRİDİB

“Rabitəbank”ın cəmi kapitalı 2022-ci ilin sonu ilə müqayisədə 4 milyon 489 min manat və ya 4 faiz azalaraq 107 milyon 107 min manata enib. Bunun səbəbi isə bankın bölüşdürülməmiş mənfəətinin yığılmş zərərlə əvəz olunmasıdır. Ötən ilin sonunda 859 min manat bölüşdürülməmiş mənfəətə sahib olan “Rabitəbank” cari ilin il rübünə 4 milyon 62 min manat yığılmış zərərlə başlayıb. Yəni bankın mənfəəti 5.7 dəfə azalaraq milyonluq zərərlə əvəz olunub.

ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB

Bankın faiz gəliri 4 milyon 911 min manat artaraq 20 milyon 366 min manata, faiz xərcləri isə 1 milyon 894 min manat artaraq 6 milyon 389 min manata yüksəlib. Buna görə də bank 13 milyon 978 min manat xalis faiz gəliri əldə edib. Bu isə ötən ilin sonu ilə müqayisədə 3 milyon 17 min manat çoxdur.

Qeyri-faiz gəlirini 528 min manat artıraraq 10 milyon 601 min manata, qeyri-faiz xərclərini isə 1 milyon 894 min manat artıraraq 6 milyon 389 min manata çatdırıb. Nəticədə bankın əməliyyat mənfəəti 4 milyon 969 min manata bərabər olub ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 730 min manat və ya 12.8 faiz azdır.

Qeyd edək ki, “Rabitəbank”ın məcmu kapitalı 4 milyon 550 min manat azalaraq 104 milyon 490 min manata düşüb.

Rabitəbank

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

924.384

954.990

-30.606

Bloklaşdırılmış nağd vəsait

107.361

122.363

-15.002

Qiymətli kağızlar

86.498

117.919

-31.421

Kredit

632.927

610.877

22.050

İstehlak kreditləri

215.555

205.605

9.950

Biznes kreditləri

312.193

305.404

6.789

Daşınmaz əmlak kreditləri

105.179

99.868

5.311

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

(19.984)

(23.850)

-3.866

Xalis Kreditlər

612.942

587.027

25.915

Cəmi Öhdəliklər

817.277

843.394

-26.117

Depozit

549.456

607.004

-57.548

Fiziki şəxslərin depozitləri

325.389

317.032

8.357

Hüquqi şəxslərin depozitləri

224.068

289.972

-65.904

Cəmi Kapital

107.107

111.596

-4.489

Səhmdar kapitalı

101.300

101.300

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Yığılmış zərər

-4.062

859

4.921

Ümumi ehtiyatlar

9.868

9.437

431

Faiz Gəliri

20.366

15.455

4.911

Faiz Xərci

6.389

4.495

1.894

Xalis Faiz Gəliri/Zərəri

13.978

10.961

3.017

Qeyri-Faiz Gəliri

10.601

10.073

528

Qeyri-Faiz Xərci

19.610

15.335

4.275

Əməliyyat Mənfəəti

4.969

5.699

-730

Xalis Mənfəət

5.079

5.073

6

Məcmu Kapital

104.490

109.040

-4.550

ROA

0.55%

0.53%

0.02%

ROE

4.74%

4.54%

0.2%

  • Əvvəlki

    “Yapı Kredi Bank" 2023-cü ilin ilk hesabatını açıqlayıb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0