USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Avrasiya”nın cari ilin ilk rübünə olan - HESABATI

16.05.2023 Problemli Banklar
15 3
“Bank Avrasiya” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti 792 min manat artaraq 1 milyon 555 min manata yüksəlib. Bu mənfəət isə bankın bölüşdürülməmiş mənfəətinə əlavə olunub.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “Bank Avrasiya”nın cəmi aktivləri ötən ilin son rübü ilə müqayisədə 4 milyon 374 min manat azalaraq 219 milyon 894 min manata düşüb. Bu azalmanın səbəbi bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin 5 milyon 630 min manat azalaraq 50 milyon 230 min manata düşməsidir.

“Bank Avrasiya”nın müştərilərinə verdiyi kreditlərin həcmi isə 3 milyon 991 min manat artaraq 129 milyon 343 min manata yüksəlib. Belə ki, bankın istehlak kreditləri 1 milyon 457 min manat artaraq 10 milyon 333 min manata, biznes kreditləri 873 min manat artaraq 67 milyon 773 min manata, ipoteka kreditləri isə 1 milyon 662 min manat artaraq 51 milyon 236 min manata çatıb.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 88 min manat artıraraq 15 milyon 503 min manata yüksəltdiyi üçün “Bank Avrasiya”nın xalis kreditləri 113 milyon 839 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 3 milyon 903 min manat çoxdur.

MÜŞTƏRİLƏR BANKDAKI PULLARINI GERİ ÇƏKİB

“Bank Avrasiya”nın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 5 milyon 984 min manat azalaraq 144 milyon 477 min manata düşüb. Bu azalmada depozit portfelinin payı 94 faiz olub. Çünki bankın depozit portfeli 5 milyon 627 min manat azalaraq 144 milyon 477 min manata enib. Azalmanın səbəbi bankın biznesmen müştərilərini itirməsidir. Hüquqi şəxslərin bankdakı əmanətləri 6 milyon 616 min manat azalaraq 6 milyno 12 min manata bərabərləşib. Fiziki şəxslərin əmanətləri isə 988 min manat artaraq 68 milyon 59 min manata yüksəlib.

KAPİTAL CƏMİ ARTIB

Səhmdar kapitalında dəyişiklik etməyən “Bank Avrasiya”nın bölüşdürülməmiş mənfəəti 1 milyon 555 min manat artaraq 23 milyon 404 min manat olub. Ümumi ehtiyatları isə 56 min manat artaraq 2 milyon 13 min manata çatıb. Buna görə də bankın cəmi kapitalı 1 milyon 611 min manat artaraq 75 milyon 417 min manata bərabərləşib.

“Bank Avrasiya”nın faiz gəliri ötən ilin birinci rübü ilə müqayisədə 902 min manat artaraq 3 milyon 867 min manata yüksəlib. Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlarını isə 502 min manat azaldaraq mənfi 153 min manat endirib. Faiz xərclərini ötən ilin eyni rübü ilə müqayisədə 341 min manat artıraraq 796 min manata çatdırıb. Nəticədə bank 3 milyon 224 min manat xalis faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin ilk rübü ilə müqayisədə 1 milyon 65 min manat çoxdur.

Bankın qeyri-faiz gəliri 35 min manat azalaraq 565 min manata düşsə də, qeyri-faiz xərcləri 378 min manat artaraq 1 milyon 783 min manat olub. Buna görə də bankın əldə etdiyi 2 milyon 6 min manatlıq əməliyyat mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 651 min manat çoxdur.

“Bank Avrasiya”nın xalis mənfəəti 792 min manat artaraq 1 milyon 555 min manata yüksəlib.

Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi (ROA) 0.36 faiz artaraq 0.7 faizə, kapitalının gəlirliyi (ROE) isə 1.03 faiz artaraq 2.06 faizə yüksəlib.

Bank Avrasiya

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

219.894

224.268

-4.374

Kredit

129.343

125.352

3.991

İstehlak kreditləri

10.333

8.876

1.457

Biznes kreditləri

67.773

66.900

873

Daşınmaz əmlak kreditləri

51.236

49.574

1.662

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

15.503

15.415

88

Xalis Kreditlər

113.839

109.936

3.903

Cəmi Öhdəliklər

144.477

150.461

-5.984

Depozit

74.072

79.699

-5.627

Fiziki şəxslərin depozitləri

68.059

67.071

988

Hüquqi şəxslərin depozitləri

6.012

12.628

-6.616

Cəmi Kapital

75.417

73.806

1.611

Səhmdar kapitalı

50.000

50.000

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

23.404

21.849

1.555

Ümumi ehtiyatlar

2.013

1.957

56

Məcmu Kapital

74.518

69.326

5.192

Bank Avrasiya

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

Faiz Gəliri

3.867

2.965

902

Məqsədli ehtiyatlar

-153

349

502

Faiz Xərci

796

455

341

Xalis Faiz Gəliri/Zərəri

3.224

2.159

1.065

Qeyri-Faiz Gəliri

565

600

-35

Qeyri-Faiz Xərci

1.783

1.405

378

Əməliyyat Mənfəəti (Zərəri)

2.006

1.355

651

Xalis Mənfəət (Zərər)

1.555

763

792

ROA

0.7%

0.34%

0.36%

ROE

2.06%

1.03%

1.03%

  • Əvvəlki

    Nazirlikdən büdcədən pul alan qurumlara - MÜRACİƏT

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0