Azər Türk Bankın aktivləri 80% artıb

06.07.2022 Sərfəli Banklar
Dövlət bankı Azər Türk Bankın 01 iyul 2022-ci il tarixinə aktivləri 600 milyon manat səviyyəsində olmuşdur ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 47%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 80% çoxdur.

Bankın kredit portfelinin həcmi hesabat dövründə 58% artaraq, 287 milyon manat təşkil etmişdir. Depozit portfeli 37%, yəni 59 milyon manat artımla 221 milyon manat olmuşdur.

Azər Türk Bank ilk dəfə olaraq aparıcı xarici banklarla birgə sindikatlaşdırılmış kreditin təşkilində iştirak etmiş, 2 milyon manat həcmində borc öhdəliyi ayırmışdır.

Bank ikinci rübü 812 min manat həcmində xalis mənfəətlə bitirmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 81% çoxdur.

Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 43% artaraq, 14 milyon manat, qeyri-faiz gəlirləri isə 98% artaraq, 9 milyon manat təşkil etmişdir.

Həmçinin qeyd etmək lazımdır ki, prioritet istiqamətlərdən olan nağdsız əməliyyatların inkişafına təkan verən kartların və POS-terminalların sayında da artım müşahidə edilir. Belə ki, kartların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45%, POS-terminalların sayı isə 137% artmışdır.

Bundan əlavə, qısa zaman ərzində Bankda “Apple Pay” və “Google Pay” təmassız ödəniş sistemlərinin tətbiq edilməsi planlaşdırılır.

Hesabat dövründə Azər Türk Bank iki müasir rəqəmsal filial açmışdır və cari ilin sonuna kimi eyni tipli daha iki filialını müştərilərin ixtiyarına verəcəkdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

  • Əvvəlki

    Sürücülük vəsiqəsinə dair yeni prosedur müəyyənləşir

Digər xəbərlər