Kəmaləddin Heydərova bağlı olduğu bildirilən şirkət “Azərişıq” ASC-ni məhkəməyə verdi

06.07.2022 Sosial
“MKT İstehsalat Kommersiya” MMC “Azərişıq” ASC ilə bağlı məhkəməyə müraciət edib.

Bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, “MKT İstehsalat Kommersiya” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 8-nə təyin edilib.

Qeyd: mətbuatda “MKT İstehsalat Kommersiya” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan Holdinq”ə məxsus olduğu qeyd olunur. MMC-nin qeydiyyatda olduğu Heydər Əliyev pr. 95 ünvanı “Gilan Holdinq”ə bağlılığı ilə bilinən şirkətlərə də ev sahibliyi edib.