Qarabağ Azərbaycandır!

"Bank Respublika" faizləri endirdi, şərtləri sadələşdirdi

17.09.2018 Sərfəli Banklar
Bank Respublika “Rahatlıqla Faydalan” adlı kredit kampaniyasına başlayır

Vacib işlərin görülməsi və planlarınızı həyata keçirmək üçün təcili nağd pula ehtiyacınız var? Bank Respublika payız planlarınızı gerçəkləşdirmək üçün nağd pul krediti üzrə faiz dərəcələrini endirdi.

Bankdan "Kommersant.az"a verilən məlumata görə, oktyabrın 31-dək davam edəcək “Rahatlıqla Faydalan” kredit kampaniyası çərçivəsində banka müraciət edən bütün müştərilərə nağd pul krediti illik 20%-dən başlayan sərfəli şərtlərlə təklif olunacaq. Kreditin maksimal mәblәği 20 min manat, müddәti isә 36 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq, 5000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər.

Qeyd edək ki, indi bütün müştərilər Bankın rəsmi saytına daxil olaraq, eləcə də smartfon vasitəsilə WhatsApp Kredit xidmətindən istifadə edərək, asanlıqla və vaxt itirmədən 050-245-91-44 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.

Həmçinin, müştərilər Mobil Şöbə vasitəsilə aylıq kredit borclarını və istənilən digər ödənişlərini AvtoÖdəniş sisteminə qoşularaq rahat şəraitdə həyata keçirə bilər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Digər xəbərlər