Vergi ödəyiciləri 2018-ci ilin 4-cü rüb hesabatını necə verəcək?

04.01.2019 Hesabat
1 yanvar 2019-cu ildən etibarən vergi ödəyiciləri yalnız Vergilər Nazirliyinə hesabat verəcəklər. Əvvəllər sahibkarlar hər hansı xidmət və ya digər səbəblə gəlir əldə edən zaman ilin 4 rübü ərzində həm DSMF, həm də Vergilər Nazirliyinə hesabat verirdi. Vergilər Nazirliyindən abonentlətin mobil telefonuna daxil olan mesaja görə, 2018-ci ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta ayırmaları və işsizlikdən sığorta hesabatları yalnız Vergilər Nazirliyinə veriləcək.

"Kommersant.az" bildirir ki, bu barədə Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirirlib.

Məlumata görə, “Vergi Məcəlləsi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanuna edilən dəyişikliklərə əsasən, 2018-ci ilin 4-cü rüb hesabatları və 2019-ci ildən başlayaraq rüblər üzrə sosial sığorta haqqı və işsizlikdən sığorta hesabatları vergi orqanlarına təqdim olunacaq:

“Hesabatların qəbulu ilə yanaşı yığım funksiyası da Vergilər Nazirliyinə verilib. Yeni qanuna görə, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də Vergilər Nazirliyi tərəfindən təmin olunacaq. Bununla bağlı təşkilat işlər, o cümlədən sığortaedənlər üzrə şəxsi vərəqənin yaradılması işləri başa çatdırılır”.

Rəsmi məlumata görə, fərdi uçot bağlı fəaliyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

VTB