Qarabağ Azərbaycandır!

"Maaşlarımızı verin, uşaqlarımız acdır" - VİDEO

07.01.2021 İqtisadiyyat
"Bahar Enerji" Əməliyyat Şirkətinin işçiləri 3 aydır maaşlarını ala bilmədikləri üçün şikayətlərini dilə gətiriblər.

"Kommersant.az" xəbər verir ki, onlar iki həftə ərzində ikinci dəfə şikayət üçün şirkətin qarşısında toplaşıblar. İşçilərin sözlərinə görə, oktyabrın maaşının yarısını, noyabr və dekabr aylarının ödənişlərini isə ümumiyyətlə ala bilməyiblər.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, sözügedən problemə onlar nəzarət etmirlər. SOCAR-ın mətbuat katibi isə ümumiyyətlə zənglərə cavab verməyib.