"Kommersant.az" xəbər verir ki, Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.