USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya fondu səhvən ödənilən 3 qəpiyi geri istəyir

08.02.2019 İqtisadiyyat
0 0
Maraqlı hadisə Rusiyada baş verib. Pensiya fondu təqaüdçüyə artıq ödədiyi üç qəpiyi (kopeyka) geri istəyib.

"Kommersant.az" xəbər verir ki, Çelyabinsk şəhər sakini fonddan qəribə məktub alıb. Məktubda ondan keçən ilin iyununda ödənilən artıq üç kopeykanı könüllü şəkildə geri verməsi xahiş olunur. Yaşlı kişinin sözlərinə görə, məbləğ o qədər kiçikdir ki, ona artıq pul ödənilməsi diqqətini çəkməyib. Amma məsuliyyətdən qaçmaq fikri yoxdur.

Məsələnin digər maraqlı tərəfi odur ki, pensiya fondu xırda pulu geri qaytarmaq üçün məbləğdən dəfələrlə çox pul xərcləyib. Məktub göndərmək fonda 22 rubla başa gəlib.

Bizimyol