USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergilər naziri vətəndaşları qəbul edəcək

18.06.2019 İqtisadiyyat
0 0
Vergilər naziri Mikayıl Cabbarov iyunun 21-də Zaqatala şəhərində yerləşən 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi, 1) Zaqatala, Balakən və Qax rayonlarından olan sakinləri qəbul edəcək.

Bu barədə "Kommersant.az"a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun tarixlərində Zaqatala şəhərində fəaliyyət göstərən 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Balakən və Qax şəhərlərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Report

  • Əvvəlki

    Azərbaycanın sənaye parklarında 9 minə yaxın yeni iş yeri açılıb - RƏSMİ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0