USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

500-700 arası bal toplayanların sayı açıqlandı

29.05.2018 İqtisadiyyat
0 0
Təhsil eksperti Kamran Əsədov 2018-2019 - cu il üçün ali məktəblərə qəbul imtahanlarının yaz sessiyasının nəticələri barədə statistikasını açıqlayıb.

"Kommersant.Az" xəbər verir ki, ekspert bildirib ki, ümumilikdə I - IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib ki, onlardan da 9.8 faizi 500-700 arası bal toplayıb:

"I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 - nəfər 500-700 arası bal toplayıb.
II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.
III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb.
IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb. 2018-2019 - cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb. 10 nəfər maksimum nəticə, 700 bal toplayıb".