USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır?” - Keçmiş deputatdan sərt ittihamlar

11.09.2019 İqtisadiyyat
0 0
“Bu gün vəzifədən çıxan, ya da çıxarılan narazıdır. Onlar mövqe bildirməyə də bilər”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri keçmiş deputat, Naftalan rayonunun icra başçısı işləmiş, YAP Siyasi Şurasının üzvü Musa Musayev deyib.

O, modern.az-a geniş müsahibəsində partiyadaşı Siyavuş Novruzovdan fərqli olaraq sabiqləri deyil, bu gün vəzifədə olan məmurları və deputatları tənqid atəşinə tutub.

"Bəs bu gün vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır?! Cənab prezident minlərlə insana ordenlər, medallar, fəxri adlar verib. Nəyə görə çıxıb öz mövqelərini ortaya qoymurlar?! YAP-ın 700 minə yaxın üzvü var. Onlar niyə çıxıb münasibət bildirmirlər?! Bu gün parlamentdə oturan deputatların çoxu YAP-ın dəstəyi ilə seçilənlərdir. Yaxşı, bunlar niyə mövqe bildirmir",- deyə Musa Musayev sual edib.

Keçmiş deputat daha sonra bildirib:

"Mən 2000-2005-ci illərdə parlamentin ən fəal deputatlarından biri olmuşam. Bir YAP-çı kimi həmişə sözümü demişəm. 2003-cü ildə ulu öndər Heydər Əliyev xəstələnəndə parlamentdə Heydər Əliyevi ən çox müdafiə edən də mən olmuşam. Bunun nəticəsi nə oldu?! 2005-ci ildə cənab prezidentimiz tərəfindən namizədliyim irəli sürülsə də, deputat seçilə bilmədim. Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP-ın bəzi fəalları və Prezident Administrasiyasından olan bəzi adamlar məni dəstəkləmək əvəzinə, Beynəlxalq Universitetin rektoru olmuş Elşad Abdullayevə kömək etdilər. İndi Elşad Abdullayevin haralarda olduğunu da siz bilirsiniz. Sonra həmin o Elşad Abdullayev seçkilərdə hansı oyunlardan çıxması ilə bağlı açıqlamalar verib videolar paylaşdı. O Elşad Abdullayev ki, onun kimliyi barədə o zamanlar ANS televiziyasının pullu efirində müraciət etdim. O zaman milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudova birbaşa müraciət edərək, Elşad Abdullayevin həbs edilməli olduğunu bildirdim. "Bu gün bizim partiyamıza xəyanət edirsə, sabah dövlətimizə, dövlətçiliyimizə xəyanət edəcək" dedim.

2005-ci ildə hər dairədən YAP-ın bir namizədinin irəli sürülməsi barədə qərar qəbul olundu. Baxmayaraq ki, mənim namizədliyim YAP tərəfindən irəli sürüldü, həmin dairədən Elşad Abdullayev də öz namizədliyini sona qədər geri çəkmədi. Çünki Elşad Abdullayevə "sən deputat olacaqsan" sözü vermişdilər. Təbii ki, 8 saylı Binəqədi seçki dairəsindən Elşad Abdullayevin deputat seçilməməsinin bir səbəbkarı da mən oldum. Seçkinin ertəsi günü "Şərq" qəzetinə geniş müsahibə verərək, seçkidəki saxtakarlıqları sadaladım. Həmin müsahibədən sonra 8 saylı dairədən 12 məntəqə ləğv edildi və Elşad Abdullayev yox, Arzu Səmədbəyli deputat seçildi. Halbuki, həmin vaxt MSK Elşad Abdullayevi deputat olaraq elan etmişdi. Hətta Elşad Abdullayev 300 nəfərlik restoranda qonaqlıq da vermişdi. Bəs sonra nə oldu?! Hazırda Elşad Abdullayev İnterpol vasitəsilə axtarışa verilib. Ancaq mən 2005-ci ildə Abdullayevin cinayətkar olduğunu elə-belə demirdim. Beynəlxalq Universitetin rektoru olan zamanlarda hansı cinayətləri törətdiyi məlum idi. Bu adam bizim partiyamızın əleyhinə getdi. İndi xaricdə oturub dövlətimizi, dövlətçiliyimizi, hakimiyyətimizi təhdid etməklə məşğuldur".

Musa Musayev parlamentdə təmsil olunan YAP-çı deputatların bir çoxunun susqunluğunu belə izah edib:

"Bəlkə də qaytardılar" xülyası ilə yaşayanlar var. Bəzi adamların mövqe bildirməməsinin səbəbi var. Birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr. Hamısı mövqesiz adamlardır. Bir daha deyirəm: 2000-2005-ci illərdə parlamentin deputatı olanda müxalifətlə bərabər, iqtidarda da təmsil olunan bəzi adamları tənqid etmişəm. 2003-cü ildə ulu öndər xəstələnəndən sonra parlamentdəki deputatların 90%-i səsini çıxarmırdı. Həmin vaxt müxalifət mətbuatında ulu öndərimizi, hakimiyyəti təhqir və tənqid edən yazılar gedirdi. Çox təəssüflər olsun ki, həmin 2003-cü ildə Heydər Əliyevə, cənab prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda çevrilib iqtidarın təbliğatçısı olublar. Sadəcə olaraq həmin insanların adlarını çəkmək istəmirəm. O insanlara evlər də, orden-medallar da, yaxşı ofislər də verilib. Belə deyək də, dost düşmən, düşmən də dost olub. Bu çox pis şeydir. Düşmən düşmənliyində qalmalıdır".

  • Əvvəlki

    Təcrübə proqramı (Qax, Zaqatala) - Bank Respublika ASC

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0