USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış - SÜBUT

09.12.2019 İqtisadiyyat
0 0
Jurnalist Cavanşir Həsənli Qax rayon İcra Hakimiyyəti ilə bağlı şok doğura biləcək məlumat paylaşıb.
Qaynarinfo xəbər verir ki, Cavanşir Həsənli Qax rayonu üzrə "DOST İş Mərkəzi"ndən maaş alanlar arasında icra başçısının qohumunun da adının olduğunu bildirib:

"Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi "qalib"lərindən biri "RENAT-R" MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev (Melorasiya və su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğlu) bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bununla işimiz yoxdur.

Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə "DOST İş Mərkəzi" MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni maaş kartı icra başçısının cibində olan yüzlərlə "ölü canlar"dan biri…

Şəmsəddin Xanbabayevin cibinə qoyduğu maaş kartlarını xatırladınızmı?

  • Əvvəlki

    Bakıda yeni Mall tikilir - FOTOLAR

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0