USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Binə", "Sədərək" yarmarkaları, molların fəaliyyəti dayandırılsın... - AÇIQLAMA

21.03.2020 İqtisadiyyat
0 0
"Binə", "Sədərək" yarmarkaları, ticarət molları fəaliyyəti dayandırılsın".

"Kommersant.az" xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib.

O, qeyd edib ki, bu qərar insanların təhlükəsizliyinə xidmət edəcək: "Nazirlər Kabinetinin qərarı ilə bir çox dövlət strukturlarının əməkdaşları martın 29-dan aprelin 29-a qədər məcburi məzuniyyətə göndərildi. Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqqları tam şəkildə ödəniləcək. Bu qərara münasibətim normaldır. Amma hesab edirəm ki, bu qərarla yanaşı, qeyri-ərzaq məhsullarıının kütləvi satış mərkəzləri, o cümlədən "Binə", "Sədərək" yarmarkaları, böyük ticarət mollarının fəaliyyətinin dayandırılmasına qərar verilməlidir".

Qubad İbadoğlu bunun iki səbəbini açıqlayıb: "Birincisi, insanların təhlükəsizliyi baxımından, ikincisi isə həmin yarmarkalarda çalışan iş adamlarının, ticarətçilərin icarəçilər və vergi orqanları qarşısındakı öhdəliklərinin dayandırılması nöqteyi-nəzərindən vacibdir. Əks təqdirdə icarəçi qarşısında öhdəliklərini yerinə yetirmək üçün hər gün işə çıxmağa məcbur olan icarədar alıcılıq qabliyyətinin azaldığı indiki şəraitdə həm özünü təhlükəyə atır, həm də ziyana işləyir. Hesab edirəm ki, bu məsələyə dövlət müdaxiləsi zəruridir. Və onun daha da tez baş verməsi vacibdir ki, iş adamları izafi xərclərdən (kirayə haqqı və sair ödənişlər) xilas ola bilsin".

Qaynarinfo

  • Əvvəlki

    Gürcüstanda fövqəladə vəziyyət elan olundu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0