USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hansı iş daha çox qazandırır?

26.06.2018 İqtisadiyyat
0 0
Dünyaca məşhur "Careercast.com" saytı hansı peşənin daha çox pul gətirə biləcəyi ilə bağlı araşdırma aparıb.

"Kommersant" xəbər verir ki, araşdırmanın nəticələrinə görə, siyahıda olan peşə sahiblərinin orta aylıq qazancı 100 min dolları ötür.

Araşdırmaya görə, neft mühəndisinin illik ortalama gəliri 129 min 999 dollar, ortodontistin 131 min 214 dollar, stomatoloqun 155 min 267 dollar, şirkətdə icraçı direktorun 173 min 256 dollardır. Məqalədə deyilir ki, həkim illik ortalama 199 min 155 dollar, ictimaiyyətlə əlaqələr mütəxəssisi 201 min 250 dollar, hərbçi general 205 min 144 dollar, psixiatr 207 min 153 dollar, cərrah isə 357 min 192 dollar qazanır.