USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yoluxanların sayı kəskin artdı

28.07.2021 Sosial
0 0
Azərbaycanda bu gün koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Kommersant.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

Qeyd edək ki, koronovirusa yoluxma faktı sonuncu dəfə bu ilin martın 13-də 700-ü keçmişdi. Bu tarixdə youxma faktı 733, sağalma 265 idi. 8 nəfər isə vəfat etmişdi.