USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kondisioner təmiri neçəyə başa gəlir? - QİYMƏT

10.07.2018 İqtisadiyyat
0 0
İlkin diaqnostika və təmir qiymətləri mühərrikin və problemin həcminə görə dəyişir

Havanın isti keçməsi ilə əlaqədar kondisionerlərə tələbat da artıb.

"Kommersant" xəbər verir ki, "yayın vazkeçilməzi"ndən fasiləsiz və yanlış istifadə, qurğunun işində problemlərə yol açır. Xatırladaq ki, təxminən 1 həftə əvvəl ölkənin enerji təchizatında yaranmış problemin əsas səbəblərindən biri kimi məhz ölkənin hər yerində eyni vaxtda işləyən kondisionerlərə görə enerji blokunun qızaraq yanması göstərilmişdi. Nəticədə, yaranmış problemdən ölkədəki çox sayda kondisioner də zərər görərək sıradan çıxmışdı.

Bu fəsadlar da kondisioner ustasına müraciəti qaçılmaz edir.

Bəs görəsən bazarda kondisionerlə bağlı təmir və quraşdırma qiymətləri necədir?

"Kommersant" bu dəfə də oxucuların marağını nəzərə alıb. Qiymət siyahısını təqdim edirik:

İlkin diaqnostika - 10 AZN

Minimum quraşdırma - 50 AZN

Minimum qazvurma kvadratmetrə uyğun olaraq - 30-200 AZN

Minimum plata təmiri 40 AZN, maksimum plata təmiri isə 150 AZN

Xidmətə eyni zamanda pərlərin yuyulması da daxildir. Xidmətdən yararlanmaq istəyənlər isə 30-100 AZN xərcləməlidir.

  • Əvvəlki

    Bu gün 26 min abituriyent qəbul imtahanı verir

Digər xəbərlər