USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sumqayıt” klubuna yeni baş məşqçi təyin olunub

07.06.2018 İdman
0 0
“Sumqayıt” Futbol Klubunda prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Kommersant"ın məlumatına görə, iclasda əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıblar.

Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı iki mövsümdə “Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.