DÇ-2018: Uruqvay Səudiyyə Ərəbistanına qalib gələrək pley-off mərhələsinə vəsiqə qazanıb

20.06.2018 İdman
Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, nu gün “A” qrupunda yer alan Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları qarşılaşıb. Oyunda yeganə qolu Uruqvay və "Barselona"nın hücumçusu Luis Suarez vurub - 1:0.

Beləliklə, Uruqvay yığması iki oyuna 6 xal toplayaraq qrupda ikinci yerdə qərarlaşıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.

Xatırladaq ki, ötən gün Rusiya yığması Misir üzərində 3:1 hesablı qələbə qazanaraq 6 xalla qrupda liderdir.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.