USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Juventus"un səhmləri Ronaldo xəbəri ilə bahalaşıb

05.07.2018 İdman
1 0
İspaniyanın "As" qəzetinin xəbərinə görə, "Real Madrid"də oynayan Portuqaliyalı futbolçu Cristiano Ronaldo "Juventus" ilə razılaşıb. Transfer başa çatarsa Ronaldo 30 milyon avro məvacib alacaq.

Transferin başa çatdırılması üçün "Real Madrid" və "Juventus"un razılığa gəlməsi lazımdır.

"As", Ronaldonun "Juventus" ilə həftələr əvvəl razılığa gəldiyini yazıb.

Xəbərin ardından "Juventus" səhmləri gün ərzində 9,7%-ə qədər bahalaşıb.