USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana investisiyalar azalıb

12.07.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 131,6 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.

"Kommersant.az" xəbər verir ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 331,7 milyon manat vəsait yönəldilmişdi

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ümumi sərmayənin 63,8 faizi məhsul istehsalı sahələrinə, 26,6 faizi xidmət sahələrinə, 9,6 faizi isə ümumi sahəsi 1087,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7 faiz, büdcə vəsaitləri 27,7 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, bank kreditləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil etmişdir.

  • Əvvəlki

    Azərbaycanda banka 100 min manat qoymuş əcnəbi ölkədə yaşaya biləcək

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0