USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda avtomobillərin sayı azalır

07.06.2018 İqtisadiyyat
0 0
Bakı şəhərində qeydiyyatda olan avtomobillərin sayı azalır.

"Kommersant"ın Dövlət Statistika Komitəsinin hesabatından topladığı məlumata görə, Bakıda qeydiyyatda olan avtomobillərin sayı 2014-cü ildə ən yüksək səviyyəyə çatıb (739 min 973 ədəd). 2015-ci ildən başlayaraq Bakıda avtomobillərin sayı azalmağa başlayıb.

Bakıda avtomobillərin sayı 2015-də 11 min 267 ədəd, 2016-da 29 min 765 ədəd, 2017-ci ildə isə 35 min 658 ədəd azalıb. Son 3 ildə Bakıda avtomobillərin sayı 76 min 690 ədəd azalaraq ötən ilin sonunda 663 min 283 ədədə düşüb.

Ötən il ölkə üzrə cəmi avtomobillərin (yük avtomobilləri və avtobuslar daxil) sayı isə 11 min 773 ədəd artaraq 1 milyon 342 min 324 ədədə çatıb.