USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 143.5 milyon manat aliment məcburi ödənilib - RƏSMİ

19.05.2020 İqtisadiyyat
0 0
Ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirələrdə və tədbirlərdə verdiyi tapşırıqlardan, xüsusilə hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı göstərişlərindən irəli gələn vəzifələr Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında müzakirə olunub. Kollegiya iclasında konkret tədbirlər müəyyən edilib, o cümlədən Kollegiya qərarına əsasən dövlət başçısının tələblərinin struktur və yerli qurumların diqqətinə çatdırılması məqsədilə xüsusi karantin rejimində videokonfrans vasitəsilə müşavirələrin keçirilməsi tapşırılıb.

Bununla əlaqədar mayın 18-də Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri Eldar Nuriyevin və Toğrul Musayevin, nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

"Kommersant.az"-ın məlumatına görə, müşavirədə bildirilib ki, ədliyyə və məhkəmə sisteminin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi üzrə ardıcıl islahatlar aparılır:
"Bu sahədə mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində kompleks tədbirlər həyata keçirilir.

Ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynayan məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasının effektivliyinin artırılması üzrə əməli işlər davam etdirilərək ötən il icraatda olmuş 861 mindən çox icra sənədinin 65 faizinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın vəsait ödətdirilib.

Aliment tələbinə dair icra işləri üzrə isə tələbkar şəxslərə 143.5 milyon manat vəsait ödənilib. İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına əlçatanlığı təmin edilərək borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanı yaradılıb".

"Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunan 3.200-dən çox şəxsə elektron qolbaq tətbiq edilib".
Həmçinin, icra və probasiya xidmətlərinin kadr korpusunun komplektləşdirilməsi üzrə görülən tədbirlər, iş imkanlarının asanlaşdırılmasını təmin etmək üçün tətbiq olunan innovasiyaların əhəmiyyəti və bu işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb, 2020-ci il "Könüllülər ili" çərçivəsində 300-dən çox könüllülərin bu xidmətlərdə fəaliyyətə cəlb olunduğu bildirilib.

  • Əvvəlki

    Saatlıda yun qırxımı – indiyədək 53 tondan çox yun istehsal olunub

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0