Qarabağ Azərbaycandır!

2020-nin dövlət büdcəsi belə icra olunub - ŞƏRH

14.01.2021 Statistika
İqtisadçı ekspert Rövşən Ağayev ötın ilin dövlət büdcəsinin icrası ilə bağlı maraqlı məqamlar açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, ekspert keçən ilin baş maliyyə planında 1 milyard manatdan çox vəsaitin xərclənmədiyini bildirib:

"2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı açıqlanan ilkin göstəricilərdən görünən budur ki, xərclər təsdiqlənəndən 1.075 milyard manat az icra olunub. Hansı xərclərə qənaət edildiyi yəqin yaxın 1 ayda aydın olacaq.

Gəlirlər nəzərdə tutulduğundan 549 milyon manat artıq icra edilib.

Büdcə kəsiri 3.368 mlrd. manat nəzərdə tutulmuşdu, faktiki defisit 1.744 mlrd. manat olub - planlanandan 2 dəfə az.

Amma bunu son 15 ilin ən böyük defisiti də saya bilərsiniz. Bundan əvvəl ən böyük göstərici 2017-də olmuşdu - 1.078 mlrd. manat".