USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədaxili qatarların hərəkəti dayandırılır - SON DƏQİQƏ

18.03.2020 İqtisadiyyat
0 0
Bakı-Gəncə sürət qatarının hərəkəti dayandırılır.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkəti Bakıdan və Gəncədən 19.03.2020-ci ildən 29.03.2020-ci ilədək dayandırılır.

Bundan əlavə, Bakıdan 19.03.2020-ci ildən 29.03.2020-ci ilədək, geriyə isə 20.03.2020-ci ildən 30.03.2020-ci ilədək aşağıdakı qatarların hərəkəti dayandırılır:

- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

- Bakı-Yalama-Bakı elektrik qatarı

- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.

Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.