"Əməliyyatçı bilməyib... bundan sonra məsuliyyətli olacaqlar" - DÖVLƏT XİDMƏTİ

06.08.2018 Nəqliyyat
Dövlət Avtomobil Nəzarəti Xidmətinin (DANX) 31 iyulda açıqladığı şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tariflərində Tovuza gediş haqqı 10 man. 20 qəp., Qazaxa 10 man.90 qəp., Ağstafaya isə 10 man.60 qəp. göstərilsə də, adı çəkilən istiqamətlər üzrə gediş haqlarının 11 man.90 qəp.olduğunu öyrənmişdik.

DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məsələyə aydınlıq gətirərək "Kommersant.az"a verdiyi açıqlamada bildirmişdi ki, cədvəldəki qiymətlər qurum tərəfindən hesablanan yuxarı hədd idi və onun üzərində gediş haqqı tələb oluna bilməz.

"Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Bakı Beynəlxalq Avtovağzalına göndərilib. Deyilənlər sübutunu tapsa, həmin şəxs ciddi şəkildə cəzalandırılacaq".

İctimailəşən məsələnin sonrakı taleyi ilə də maraqlandıq.

DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova redaksiyamıza açıqlamasında bildirdi ki, ola bilsin ki, anlaşılmazlıq olub:

"Məsələn, yəqin vətəndaş baxır ki, Tovuza birbaşa reys yoxdur və deyir Bakı-Qırmızı Körpü (istiqamətin adı üzrə). Ola bilsin əməliyyatçı bilməyib ki, sərnişin Tovuzda enəcək. Reysin adı Bakı-Qırmızı Körpü olduğu üçün onlar həmin reysin qiymətini deyirlər.

Siz zəng edən zaman əməliyyatçılara bildirildi ki, əgər birtərəfli istiqamətdə reys yoxdursa, Tovuz, yaxud hər hansı istiqamətdə sərnişin düşəcəksə, o zaman o istiqamətə uyğun kilometraja uyğun gediş haqqı alınsın. Bu isə 10 man.20 qəp.-dir. Burada heç bir qayda pozuntusu ola bilməz. Bundan sonra yəqin ki, əməliyyatçılar daha məsuliyyətli olacaqlar".

Əməliyyatçının səs yazısını bir daha təqdim edirik:

  • Əvvəlki

    Bu metro stansiyası təmirə bağlanır

Digər xəbərlər