USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

03.08.2018 Vakansiya
1 0
“Bank Respublika” ASC “ATM və ödəniş terminallarına xidmət üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• ATM və Ödəniş terminallarının mütamadi proflaktikası və təmiri;
• İnkosassiya prosesində yaranan problemlərin aradan qaldırılması;
• Kasetlətin bir nominaldan başqa nominala dəyişdirilməsi;
• Yeni ATM və Ödəniş terminallarının quraşdırılması, proqramlaşdırılması və monitorinqi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (texniki təhsil arzu olunandır);
• İT sahəsində 1 ildən artıq iş təcrübəsi;
• Format, tam diaqnostika, (Windows7/ 8.1/ 10 nun quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi);
• Bütün növ proqramları quraşdırmağı bacarmalı;
• MS Outlook, Word, Excel (2003/2007/2010) üzrə yaxşı biliklər;
• ATM və Ödəniş terminallarının iş prinsipinə dair biliklər;
• ATM və Ödəniş terminallarının elektron və mexaniki hissələri barədə biliklər;
• ATM və Ödəniş terminallarının fəaliyyət göstərən proqram təminatının sazlanması, baş verən xətaların müəyyən olunması və aradan qaldırılma üsullarını bilmək;
• Azərbaycan, rus dillərini yaxşı bilməli, ingilis dili yaxşı/orta (texniki səviyyədə) bilməli;
• Ən azı B kateqoriya sürücülük vəsiqəsi;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “ATM və ödəniş terminallarına xidmət üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    Rublun bu saata olan - MƏZƏNNƏSİ

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0